"ASK Arena"da təmir işləri yekunlaşıb

"ASK Arena"da təmir işləri yekunlaşıb Keşlə klubunun ev oyunlarını keçirdiyi ASK Arenada təmir işləri yekunlaşıb.
Futbol
21 Noyabr , 2019 18:43
ASK Arenada təmir işləri yekunlaşıb

"Keşlə" klubunun ev oyunlarını keçirdiyi "ASK Arena"da təmir işləri yekunlaşıb.

Bu barədə "Report"a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. O, stadionun tam olaraq hazır olduğunu bildirib.

Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda bu gün arenada məşqə də çıxıb. "Keşlə", böyük ehtimalla, "Sumqayıt"a qarşı növbəti ev oyununu bu arenanda keçirəcək.

Qeyd edək ki, komanda mövsümün əvvəlindən bütün ev oyunlarını "ASK Arena"nın süni ot örtüyü dəyişdirildiyi üçün digər stadionlarda keçirməli olub. "Keşlə" noyabrın 24-də XII tur çərçivəsində "Zirə"nin qonağı olacaq, noyabrın 30-da XIII turda isə "Sumqayıt"ı qəbul edəcək. 

Son xəbərlər

Orphus sistemi