​Asiya Kubokunun finalçıları müəyyənləşib

​Asiya Kubokunun finalçıları müəyyənləşib Cənubi Koreya və Avstraliya yığmaları kubok uğrunda mübarizə aparacaq
Futbol
27 Yanvar , 2015 16:47
​Asiya Kubokunun finalçıları müəyyənləşib

Bakı. 27 yanvar. REPORT.AZ/ Futbol üzrə Asiya Kubokunun finalçıları müəyyənləşib. "Report"un məlumatına görə, Cənubi Koreya və Avstraliya yığmaları kubok uğrunda mübarizə aparacaq.

1/2 finalda Cənubi Koreya yığması İraq millisini 2:0 hesabı ilə məğlub edib. Avstraliya isə BƏƏ üzərində qələbə qazanaraq final mərhələsinə yüksəlib - 2:0. Asiya Kubokunun qalibinin kimliyinə yanvarın 31-də aydınlıq gələcək. Qarşılaşma Bakı vaxtı ilə 13:00-da start götürəcək.

Qeyd edək ki, Asiya üçüncülüyü uğrunda mübarizədə İraq və BƏƏ yığmaları yanvarın 30-da üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 13:00-da keçiriləcək.

İngilis versiyası Asian Cup finalists revealed

Son xəbərlər

Orphus sistemi