Yuxarı
    Bağlamaq

    Asiya Kubokunu Avstraliya yığması qazanıb

    Qalib əlavə vaxtda müəyyənləşib

    Bakı. 31 yanvar. REPORT.AZ/ Avstraliya milli komandası tarixində ilk dəfə futbol üzrə Asiya Kubokunun qalibi olub. "Report"un məlumatına görə, baş məşqçi Angelos Postekoğlunun komandası finalda Cənubi Koreya yığması əlavə vaxtda məğlub edib - 2:1. 

    Sidneydəki Avstraliya stadionunda baş tutan matçda hesabı 45-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Massimo Luonqo açıb. Oyunun uzatma dəqiqələrində koreyalı Son Xın Min bərabərlik qolunu vuraraq, qarşılaşmanı overtayma uzadıb. Əlavə vaxtın ilk bölümünün sonunda - 105-ci dəqiqədə Ceyms Troisi qələbə topuna imza atıb. Bu komandaların qrup mərhələsindəki görüşündə Cənubi Koreya qalib gəlmişdi - 1:0. 

    Qeyd edək ki, Avstraliya yığması 2011-ci ildə Qətərdə keçirilmiş Asiya Kubokunun finalında Yaponiyaya 0:1 hesabı ilə uduzmuşdu. Avstraliya Futbol Federasiyası 2006-cı ildən Asiya Futbol Konfederasiyasının üzvüdür. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi