Yuxarı

"Sumqayıt" cəzalı futbolçu oynatdığına görə texniki məğlubiyyət aldı

Aşağı liqalarda maraqlı cəzalar

AFFA İntizam Komitəsi "Sumqayıt"ın U-15 komandasına texniki məğlubiyyət verib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna sözügedən komandanın “Kəpəz”lə görüşdə cəzalı futbolçu oynatması səbəb olub.

Turu buraxmalı olan Ümid Rəcəbov matçda iştirak etdiyinə görə "Sumqayıt" 0:3 hesablı məğlubiyyət alıb.

U-11 Liqasında keçirilən UGİM (Astara) - “Zirvə” (Lənkəran) oyunununda isə komandaların baş məşqçiləri Qəhrəman Mirzəyev və Xəyal Abbasov bir-birilərini təhqir ediblər. Bu səbəbdən hər iki məşqçi qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb və 3 oyunluq cəzalanıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi