"Arsenal" "Sauthempton"u məğlub edərək 5-ci pilləyə yüksəlib - VİDEO

"Arsenal" "Sauthempton"u məğlub edərək 5-ci pilləyə yüksəlib - VİDEO Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb
Futbol
11 May , 2017 01:09
Arsenal Sauthemptonu məğlub edərək 5-ci pilləyə yüksəlib - VİDEO

Bakı. 11 may. REPORT.AZ/ "Arsenal" İngiltərə Premyer Liqasının 26-cı turunun təxirə salınmış oyununda "Sauthempton"u məğlub edib.

"Report" xəbər verir ki, görüş Sauthemptondakı "Sent-Meri" stadionunda keçirilib və qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Müqəddəslər" turnirin ardıcıl beşinci oyununda qalib gələ bilməyiblər. Matçda qolları Aleksis Sançes (60-cı dəqiqə) və Olivye Jiru (83) vurub.

"Arsenal" (66 xal) bu qələbə sayəsində turnir cədvəlinin 5-ci pilləsinə yüksəlib və dördüncü yerdə gedən "Mançester Siti"dən 3 xal geri qalır. "Sauthempton" 42 xalla 10-cudur.

Son xəbərlər

Orphus sistemi