Yuxarı

"Arsenal" qələbəni qaçırıb, "Everton" heç-heçə oynayıb

​"Arsenal" qələbəni qaçırıb, "Everton" heç-heçə oynayıb

İngiltərə Premyer Liqasının 23-cü turunda "Arsenal" "Şeffild Yunayted”i qəbul edib.

“Report” xəbər verir ki, matç Londonda "Emireyts" stadionunda baş tutub və 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Meydan sahibləri hesabı birinci hissənin sonunda açıblar. 45-ci dəqiqədə hücumçu Qabriel Martinelli qola imza atıb. Qonaqlar fasiləyə məğlubiyyətlə yollanıblar. "Şeffild Yunayted” yalnız 83-cü dəqiqədə yarımmüdafiəçi Con Flekin dəqiq zərbəsi ilə məğlubiyyətdən yaxa qurtarıb.

Paralel matçda "Vest Hem Yunayted" "Everton”u qəbul edib. Görüş Londonda "Olimpiya" stadionunda baş tutub və 1:1 hesabı ilə başa çatıb.

Hər iki qol birinci hissənin sonunda vurulub. Qarşılaşmanın 40-cı dəqiqəsində meydan sahiblərinin müdafiəçisi İssa Diop fərqlənib. Lakin bu üstünlük bir neçə dəqiqə davam edib. Matçın 44-cü dəqiqəsində qonaqların hücumçusu Dominik Kalvert-Lyuin hesabı bərabərləşdirib – 1:1.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi