"Arsenal" "Nottingem Forest"ə uduzaraq İngiltərə Kuboku ilə vidalaşıb - VİDEO

"Arsenal" "Nottingem Forest"ə uduzaraq İngiltərə Kuboku ilə vidalaşıb - VİDEO London komandası Arsen Venqerin rəhbərliyi altında ilk dəfə İngiltərə Kubokunun 1/32 final mərhələsini adlaya bilməyib
Futbol
7 Yanvar , 2018 23:58
Arsenal Nottingem Forestə uduzaraq İngiltərə Kuboku ilə vidalaşıb - VİDEO

Bakı. 7 yanvar. REPORT.AZ/ "Nottingem Forest" futbol üzrə İngiltərə Kubokunun 1/32 final matçında "Arsenal"ı məğlub edib.

“Report” xəbər verir ki, "Siti Qraund" stadionunda keçirilən görüş 4:2 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Beləliklə, London komandası Arsen Venqerin rəhbərliyi altında ilk dəfə İngiltərə Kubokunun 1/32 final mərhələsini adlaya bilməyib. "Arsenal" sonuncu dəfə 1/16 finala 1996-cı ilin yanvarında "Şeffild Yunayted"ə uduzaraq (0:1) çıxa bilməmişdi. Fransalı mütəxəssis "topçular"a həmin ilin oktyabrında baş məşqçi təyin olunub.

Son xəbərlər

Orphus sistemi