Yuxarı

"Arsenal" - "Neftçi" matçında anşlaq gözlənilir

"Arsenal" - "Neftçi" matçında anşlaq

Rusiyanın Tula şəhərində "Arsenal" və "Neftçi" komandaları arasında keçiriləcək Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə tribunaların tam dolacağı gözlənilir. 

"Report"un klubun Mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hazırda alıcı fəallığı müşahidə olunmaqdadır. Oyun zamanı anşlaqın olacağı vurğulanıb. 

Biletlərin qiyməti 200 - 700 rubl (təqribən, 5 - 12,5 manat) araılığındadır. Hazırda satışda 1683 bilet qalıb. "Arsenal" mərkəzi stadionu 19241 tamaşaçı tutumuna malikdir. 

Qeyd edək ki, "Arsenal" və "Neftçi" iyulun 25-də üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi