Yuxarı

"Arsenal" "Neftçi" ilə oyunlar üçün 9 legioner sifariş edib

"Arsenal" "Neftçi" ilə oyunlar üçün 9 legioner sifariş edib

Rusiyanın “Arsenal” klubu Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə oyunlar üçün sifariş vərəqini UEFA-ya təqdim edib.

“Report” Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi İqor Çerevçenko bakılılarla oyunlarda 23 futbolçu – 3 qapıçı, 8 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçunun xidmətindən yararlana biləcək. Onlardan 9-u legionerdir.

Qapıçılar: 1. Artur Niqmatullin, 36. Mixail Levaşov, 50. Yeqor Şamov;

Müdafiəçilər: 6. Maksim Belyayev, 8. Giya Qriqalava (Gürcüstan), 9. Kirill Kombarov, 13. Maksim Volodko (Belarus), 14. Anri Xaquş, 21. Viktor Alvares (İspaniya), 26. Bakari Kone (Burkina-Faso), 71. Aleksandr Denisov;

Yarımmüdafiəçilər: 11. Sergey Tkaçyov, 20. Qoran Çauşiç (Serbiya), 22. Daniil Lesovoy, 23. İqor Qorbatenko, 28. Vladislav Panteleyev, 29. Lamek Banda (Zambiya), 70. Georgi Kostadinov (Bolqarıstan)

Hücumçular: 10. Evans Kanqva (Zambiya), 17. Quram Acoyev, 30. Aleksandru Tudorie (Rumıniya), 48. Yevgeni Lutsenko

Qeyd edək ki, bu komandalar arasında ilk oyun Tulada keçiriləcək. İyulun 25-də "Arsenal” mərkəzi stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Cavab görüşü 1 avqusta təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi