​"Arsenal" "Mançester Yunayted"i İngiltərə Kubokundan kənarlaşdırıb

​"Arsenal" "Mançester Yunayted"i İngiltərə Kubokundan kənarlaşdırıb Uelbekin qolu "topçular"a qələbə gətirib
Futbol
10 Mart , 2015 05:14
​Arsenal Mançester Yunaytedi İngiltərə Kubokundan kənarlaşdırıb

Bakı. 10 mart. REPORT.AZ/ Londonun "Arsenal" klubu İngiltərə Kubokunun 1/4 final mərhələsində "Old Trafford"da "Mançester Yunayted"i məğlub edib.

"Report" xəbər verir ki, görüş "topçular"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Kubokun hazırki qalibinə qələbəni Uelbekin vurduğu qol gətirib.

İndi Arsen Venqerin komandası yarımfinalda "Redinq" - "Bredford Siti" cütünün qalibi ilə görüşəcək.

İngiltərə Kuboku. 1/4 final

"Mançester Yunayted" - "Arsenal" - 1:2 (1:1)

Qollar: Monreal, 25 (0:1); Runi, 29 (1:1); Uelbek, 61 (1:2)

Son xəbərlər

Orphus sistemi