Bakı. 18 may. REPORT.AZ/ "Arsenal" klubunun qapıçısı Petr Çex karyerasında 4-cü dəfə futbol üzrə İngiltərə Premyer Liqasında "qızıl əlcəy"ə sahib çıxıb. "Report"un məlumatına görə, 34 yaşlı qapıçı cari mövsümü 16 "quru oyun"la bitirib.
Bu nəticə ilə o, "Mançester Yunayted"in qapıçısı David De Xeanı bir oyun qabaqlayıb. P.Çex mövsüm ərzində keçirdiyi 34 oyunda 31 qol buraxıb.
Qeyd edək ki, Petr Çex bundan əvvəl "Çelsi"nin heyətində 3 dəfə (2005, 2010 və 2014) "qızıl əlcək" qazanıb.