"Arsenal"ın sabiq prezidenti vəfat edib

"Arsenal"ın sabiq prezidenti vəfat edib Bakı. 28 dekabr. REPORT.AZ/ İngiltərənin “Arsenal” klubunun sabiq prezidenti Piter Hill-Vud vəfat edib.
Futbol
28 Dekabr , 2018 16:10
Arsenalın sabiq prezidenti vəfat edib

Bakı. 28 dekabr. REPORT.AZ/ İngiltərənin “Arsenal” klubunun sabiq prezidenti Piter Hill-Vud vəfat edib.

“Report” London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, keçmiş funksioner uzun sürən xəstəlikdən sonra 83 yaşında dünyasını dəyişib. 1962-ci ildən “Arsenal”da çalışan P.Hill-Vud 1982 - 2013-cü illərdə klubun prezidenti olub.

O, postunu səhhətində problem yarandığı üçün tərk edib.

Qeyd edək ki, “Arsenal” cari mövsümdə Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alıb və hər iki oyunda qalib gəlib (3:0, 1:0).

Son xəbərlər

Orphus sistemi