"Arsenal"ın prezidenti: "Neftçi" beynəlxalq təcrübəyə malik komandadır"

"Arsenal"ın prezidenti: "Neftçi" beynəlxalq təcrübəyə malik komandadır" Neftçinin UEFA Avropa Liqasının II təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Rusiyanın Arsenal klubu əsas komandanın baş məşqçisi İqor Çerevçenko ilə bağlı qərarını açıqlayıb.
Futbol
15 Avqust , 2019 13:16
Arsenalın prezidenti: Neftçi beynəlxalq təcrübəyə malik komandadır

"Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Rusiyanın "Arsenal" klubu əsas komandanın baş məşqçisi İqor Çerevçenko ilə bağlı qərarını açıqlayıb.

"Report" RİA "Novosti”yə istinadən xəbər verir ki, Tula təmsilçisinin prezidenti Quram Adjoyev klubun məşqçilər heyətinə etimad göstərdiklərini vurğulayıb.

O, "Neftçi" ilə keçirdikləri oyunlar haqqında da danışıb: "Neftçi" ilə matçlardan sonra çempionatda 2 qələbə qazandıq. Komanda heç vaxt ilk 5 turda 10 xal əldə edə bilməyib. Amma buna çox əhəmiyyət vermirik. Son durumu may ayında görəcəyik. "Neftçi" ilə oyunlara gəlincə, onlar beynəlxalq təcrübəyə malik bir komandadır. Avrokuboklarda 60-dan çox oyun keçiriblər. Bu isə "Arsenal"la müqayisədə böyük bir təcrübədir. Klubumuz ilk dəfə Avropa Liqasında çıxış etdi. Bu fərq yekun nəticədə də özünü göstərdi".

Qeyd edək ki, "Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində hər iki görüşdə "Arsenal"ı məğlub edib - 1:0, 3:0. "Ağ-qaralar" bu gün III təsnifat mərhələsinin cavab matçında İsraildə "Bney Yehuda" kollektivi ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib - 2:2. 

Son xəbərlər

Orphus sistemi