"Arsenal"ın oyunçusuna banan qabığı atan azarkeş 4 il stadionlara girə bilməyəcək

"Arsenal"ın oyunçusuna banan qabığı atan azarkeş 4 il stadionlara girə bilməyəcək Bakı. 18 dekabr. REPORT.AZ/ İngiltərə Premyer Liqasının XIV turunda keçirilmiş Arsenal - Tottenhem matçında meydana meyvə qabığı atan Tottenhem azarkeşinə 4 il stadionlara girmək qadağan olunub.
Futbol
18 Dekabr , 2018 19:28
Arsenalın oyunçusuna banan qabığı atan azarkeş 4 il stadionlara girə bilməyəcək

Bakı. 18 dekabr. REPORT.AZ/ İngiltərə Premyer Liqasının XIV turunda keçirilmiş "Arsenal" - "Tottenhem" matçında meydana meyvə qabığı atan "Tottenhem" azarkeşinə 4 il stadionlara girmək qadağan olunub.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, məhkəmə 57 yaşlı fanatın atdığı banan qabığını irqçiliklə əlaqələndirib və ona 500 funt sterlinq məbləğində cərimə də tətbiq edib. Fanat isə hadisənin anidən baş verdiyini və heç bir irqçilik niyyətinin olmadığını bildirib. 

Qeyd edək ki, görüş "Arsenal"ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Azarkeş "Arsenal"ın oyunçusu Pyer-Emerik Obameyanqın qolundan sonra meydana banan qabığı atıb. 

Son xəbərlər

Orphus sistemi