"Arsenal"ın hücumçusu vergidən yayındığını etiraf edib

"Arsenal"ın hücumçusu vergidən yayındığını etiraf edib Sançes İspaniya xəzinəsinə bir milyon avroya yaxın vəsait borclu olub
Futbol
17 Yanvar , 2017 00:04
Arsenalın hücumçusu vergidən yayındığını etiraf edib

Bakı. 17 yanvar. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun hücumçusu Aleksis Sançes "Barselona"da çıxış etdiyi zaman vergidən yayındığını etiraf edib.

"Report" xəbər verir ki, bu barədə "AS" nəşri yazıb.

Çili yığmasının üzvü videokonfrans vasitəsi ilə İspaniya prokurorluğu tərəfindən sorğulanıb.

28 yaşlı hücumçu Çili və Maltadakı firmalar vasitəsi ilə 2012-ci ildə 587 min avro, 2013-cü ildə isə 395 min avro vergi ödəməkdən yayınıb.

Bildirilir ki, Sançes qeyd olunan vəsaiti artıq İspaniya xəzinəsinə ödəyib. Bununla belə ona əlavə cərimə təyin olunacaq. Sançesi həbs cəzası gözləmir.

Son xəbərlər

Orphus sistemi