"Arsenal"ın futbolçusunun evinə girən oğrunu cərəyan vuraraq öldürüb

"Arsenal"ın futbolçusunun evinə girən oğrunu cərəyan vuraraq öldürüb İngiltərənin Arsenal klubunun və Misir millisinin futbolçusu Məhəmməd Əl-Neninin evindən cəsəd tapılmasının təfərrüatı bəlli olub.
Futbol
29 İyul , 2019 17:02
Arsenalın futbolçusunun evinə girən oğrunu cərəyan vuraraq öldürüb

İngiltərənin "Arsenal" klubunun və Misir millisinin futbolçusu Məhəmməd Əl-Neninin evindən cəsəd tapılmasının təfərrüatı bəlli olub.

"Report" BBC-yə istinadən xəbər verir ki, polis soyğunçunun futbolçunun evindən elektrik kabellərini oğurlamağa çalışarkən cərəyan vurması nəticəsində öldüyünü bildirib. Meyiti 27 yaşlı yarımmüdafiəçinin atası aşkarlayıb.

Qeyd edək ki, Məhəmməd Əl-Neni 2016-cı ildən "Arsenal"da çıxış edir. London təmsilçisi 2018-2019 mövsümündə Bakıda keçirilən Avropa Liqasının finalında şəhərin digər klubu "Çelsi"yə 1:4 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi