"Arsenal" İngiltərə Kubokunun yarımfinalına çıxaraq rekorda imza atıb

"Arsenal" İngiltərə Kubokunun yarımfinalına çıxaraq rekorda imza atıb London Arsenalı 30-cu dəfə İngiltərə Kubokunun yarımfinalına çıxıb.
Futbol
28 İyun , 2020 21:12
Arsenal İngiltərə Kubokunun yarımfinalına çıxaraq rekorda imza atıb

London "Arsenal"ı 30-cu dəfə İngiltərə Kubokunun yarımfinalına çıxıb.

“Report” xəbər verir ki, "topçular" 1/4 finalda "Şeffild Yunayted"i 2:1 hesabı ilə udublar.

"Arsenal" bununla "Mançester Yunayted"in nailiyyətini təkrarlayıb.

Yarımfinalların sayı üzrə üçüncü yeri "Everton" tutur. Komanda 26 dəfə bu mərhələyə yüksəlib. Siyahıda dördüncü yerdə 24 göstərici ilə "Liverpul" qərarlaşıb.

İngiltərə Kubokunun 1/4 finalında "Lester Siti" və "Çelsi" ilə qarşılaşıb. Həmçinin "Nyukasl Yunayted" və "Mançester Siti" üz-üzə gələcək.

İngiltərə Kubokunun hazırkı qalibi "Mançester Siti"dir. Komanda ötən finalda "Uotford"u 6:0 hesabı ilə darmadağın edib.

İngiltərə Kubokuna sahib olmada rekorda "Arsenal" imza atıb. İkinci yerdə "Mançester Yunayted" qərarlaşıb. Komanda kuboku 12 dəfə qazanıb. Siyahıda sonra "Çelsi" və "Tottenhem Hotspur" (8 dəfə) komandaları qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi