"Arsenal" Henrix Mxitaryanın Bakıya gəlişi üçün UEFA-dan viza dəstəyini alıb

"Arsenal" Henrix Mxitaryanın Bakıya gəlişi üçün UEFA-dan viza dəstəyini alıb İngiltərənin Arsenal klubu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına imkan verən viza dəstəyini UEFA-dan alıb.
Futbol
26 Aprel , 2019 09:42
Arsenal Henrix Mxitaryanın Bakıya gəlişi üçün UEFA-dan viza dəstəyini alıb

İngiltərənin "Arsenal" klubu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına imkan verən viza dəstəyini UEFA-dan alıb. 

"Report"un "The Times" nəşrinə istinadən verdiyi məlumata görə, Avropa futbol qurumu Azərbaycan tərəfinin erməni futbolçunun Bakıya gəlişinin problem yaratmayacağı zəmanətini almaq və buna əmin olmaq istəyir. 

London təmsilçisi yarımfinal mərhələsində  İspaniya "Valensiya"sını üstələsə, finala yüksələcək. Həlledici qarşılaşma mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Qeyd edək ki, "Arsenal" bu mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la Bakıdakı görüşə Henrix Mxitaryanı gətirməyib. 

Son xəbərlər

Orphus sistemi