"Arsenal" "Everton"u darmadağın edərək xal hesabında "Çelsi"yə çatıb - VİDEO

"Arsenal" "Everton"u darmadağın edərək xal hesabında "Çelsi"yə çatıb - VİDEO Matçda qapılara 7 qol vurulub
Futbol
22 Oktyabr , 2017 19:46
Arsenal Evertonu darmadağın edərək xal hesabında Çelsiyə çatıb - VİDEO

Bakı. 22 oktyabr. REPORT.AZ/ Londonun "Arsenal" klubu İngiltərə çempionatının 9-cu turu çərçivəsində keçirdiyi səfər matçında "Everton" üzərində böyükhesablı qələbə qazanıb.

“Report” xəbər verir ki, görüş qonaqların 5:2 hesablı qələbəsi ilə başa çatıb.

"Topçular" 9 turun yekunu üzrə 16 xal toplayaraq "Çelsi" ilə 4-cü yeri bölüşür. "Everton" 8 xal ilə 18-cidir.

İngiltərə - Premyer Liqa. 9-cu tur

"Everton" – "Arsenal" - 2:5

Qollar: 1:0 – Runi – 12, 1:1 – Monreal – 40, 1:2 – Özil – 53, 1:3 – Lyakazett – 74, 1:4 – Remsi – 90, 2:4 – Niass – 90+3, 2:5 – Sançes – 90+5.

Son xəbərlər

Orphus sistemi