"Arsenal"ın Avropa Liqası üçün mükafat fondu müəyyənləşib

"Arsenal"ın Avropa Liqası üçün mükafat fondu müəyyənləşib İngilərənin Arsenal klubu Bakıdakı Avropa Liqasının finalında qalib gələcəyi təqdirdə, futbolçulara yüksək məbləğdə mükafat verəcək.
Futbol
21 May , 2019 13:13
Arsenalın Avropa Liqası üçün mükafat fondu müəyyənləşib

İngilərənin "Arsenal" klubu Bakıdakı Avropa Liqasının finalında qalib gələcəyi təqdirdə, futbolçulara yüksək məbləğdə mükafat verəcək.

"Report"un "Daily Mail"ə istinadən məlumatına görə, qitənin ikinci böyük turnirinin qalibi olmaq London təmsilçisinə 10 milyon funt sterlinqə başa gələcək.

Avropada son olaraq 1994-cü ildə titul qazana bilən komanda oyunçulara 100 min funt ilə 500 min funt arasında ödəniş edəcək. Unay Emerinin baş məşqçilik etdiyi kollektiv sözləşmələrinə daxil edilən maddələrə əsasən pul mükafatları alacaqlar.

"Arsenal" titula yiyələnsə, növbəti mövsümdən UEFA Çempionlar Liqasında iştirak edəcək. Rəhbərlik yay transfer pəncərəsində komandaya 40 milyon funt sterlinq məbləğində büdcə ayrırıb. Lakin London təmsilçisi Avropa Liqasında uğur əldə etsə, məbləğ əhəmiyyətli dərəcədə artacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda İngiltərənin “Arsenal” və “Çelsi” komandaları qarşılaşacaq. Matç saat 23:00-da başlayacaq. "Arsenal" 1994-cü ildə UEFA Kuboklar Kubokunu qazanıb.

Son xəbərlər

Orphus sistemi