"Arsenal" "Çelsi"ni məğlub edərək İngiltərə Liqa Kubokunun finalına çıxıb - VİDEO

"Arsenal" "Çelsi"ni məğlub edərək İngiltərə Liqa Kubokunun finalına çıxıb - VİDEO Görüş 2:1 hesabı ilə "topçular"ın xeyrinə başa çatıb
Futbol
25 Yanvar , 2018 02:33
Arsenal Çelsini məğlub edərək İngiltərə Liqa Kubokunun finalına çıxıb - VİDEO

Bakı. 25 yanvar. REPORT.AZ/ "Arsenal" futbol üzrə İngiltərə Liqa Kubokunun yarımfinalının cavab matçında "Çelsi"ni 2:1 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, görüş "Emireyts" stadionunda keçirilib.

"Topçular" finalda yarımfinalda "Bristol Siti"ni məğlub edən "Mançester Siti" ilə qarşılaşacaqlar.

Liqa Kubokunun həlledici oyunu fevralın 25-də keçiriləcək.

İngiltərə Liqa Kuboku. 1/2 final

"Arsenal" – "Çelsi" - 2:1

0:1 – Azar – 7, 1:1 – Rüdiqer – 12 (avtoqol), 2:1 – Caka – 60

Son xəbərlər

Orphus sistemi