"Arsenal" böyük fərqlə geridə olduğu oyunda heç-heçəyə nail olub - VİDEO

"Arsenal" böyük fərqlə geridə olduğu oyunda heç-heçəyə nail olub - VİDEO Komanda məğlubiyyətdən son dəqiqələrdə yaxa qurtarıb
Futbol
4 Yanvar , 2017 04:20
Arsenal böyük fərqlə geridə olduğu oyunda heç-heçəyə nail olub - VİDEO

Bakı. 4 yanvar. REPORT.AZ/ Futbol üzrə İngiltərə çempionatının 20-ci turunda "Bornmut" klubu görüşün ikinci hissəsində üç top fərqi ilə öndə olduğu oyunda "Arsenal"a qalib gələ bilməyib.

"Report" xəbər verir ki, nəticədə Bornmutda keçirilən matç 3:3 hesablı heç-heçə ilə başa çatıb.

Ev sahiblərinin heyətində Çarli Deniels (16-cı dəqiqə), Kallum Uilson (20, penaldan) və Rayan Freyzer (58) fərqləniblər. "Arsenal"dan qolları Aleksis Sançes (70), Lukas Peres (75) və Olivye Jiru (90+2) vurub.

"Bornmut" oyunu 1 nəfər azlıqda başa vurub. Belə ki, 82-ci dəqiqədə Saymon Frensis qırmızı vərəqə alıb.

Yanvarın 14-də keçiriləcək növbəti turda "topçular" səfərdə "Suonsi" ilə qarşılaşacaqlar, "Bornmut" isə "Hall"ın qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi