Yuxarı

"Arsenal" Bakıdakı finalın hazırlığına həndbol oynayaraq başlayıb

"Arsenal" Bakıdakı finalın hazırlığına həndbol oynayaraq başlayıb

İngiltərənin “Arsenal” klubu Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçının hazırlıqlarına başlayıb.

“Report” xəbər verir ki, bu gün London təmsilçisinin təlim-məşq bazasında gerçəkləşən hazırlıq prosesi media üçün açıq olub. Futbolçular isinmə hərəkətlərindən sonra taktiki tapşırıqları yerinə yetiriblər. Ardınca isə onlar həndbol oynayıblar.

Bu gün Bakı vaxtı ilə saat 17:30-a baş məşqçi Unay Emerinin mətbuat konfransı nəzərdə tutulub.

Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda Londonun digər təmsilçisi “Çelsi” ilə qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi