Yuxarı

“Arsenal” azarkeşləri Qış parkına, “Çelsi” fanatları Sahil bağına - TƏLİMAT

“Arsenal” azarkeşləri Qış parkına, “Çelsi” fanatları Sahil bağına - TƏLİMAT

Mayın 29-da Bakıda İngiltərənin “Arsenal” və “Çelsi” komandalarının iştirakı ilə UEFA Avropa Liqasının final oyunu keçiriləcək.

“Report” yarışın Təşkilat Komitəsinə istinadən, azarkeşlər üçün təlimatları təqdim edir...


STADİONA GİRİŞ

Stadiona giriş yalnız etibarlı matç bileti ilə mümkündür. Yaşından asılı olmayaraq, hər bir şəxsin stadiona giriş üçün etibarlı matç bileti olmalıdır. Biletləri stadiondan almaq mümkün deyil. "Biletinizi təhlükəsiz yerdə saxlayın və stadiona yaxınlaşdıqda yoxlanış üçün onu hazırlayın. Bütün girişlərdə təhlükəsizlik yoxlamaları həyata keçiriləcək. Lütfən, təhlükəsizlik heyətinin təlimatlarına əməl edin" deyə təlimatda bildirilir.

Təhlükəsizlik yoxlanışından sonra yalnız ölçüləri 29.7 sm x 21.0 sm x 21.0 sm olan çantalar stadiona gətirilə bilər (A4 kağızı ölçüsündə). Bundan daha böyük çantaların və ya stadion qaydalarına görə qadağan olunan əşyaların gətirilməsinə icazə verilməyəcək.

Yerli qanunvericilik ve stadion qaydalarına görə aşağıdakılar da daxil olmaqla bəzi əşyaların stadiona gətirilməsinə icazə verilmir:

Spirtli içki, dərman və ya digər psixotrop maddələr, habelə təhlükəli maddələr, partlayıcı maddələr, fişəng, məşəl, tüstü bombaları və ya digər pirotexnik cihazlar, özündə irqçi, siyasi, dini və ya təhqiramiz şüarları ifadə edən plakat, poster və ya stikerlər, böyük bayraq və ya plakatlar (ölçüsü 2,0x1,5 m-dən böyük), tamaşaçıların sağlamlığına və ya tədbirin təhlükəsizliyinə təhlükə törədən maddələr, lazer işıqlar, digər güclü işıqlandırma cihazları və ya digər obyektlər (bütün növ şüşələr daxil olmaqla)

Qadağan olunmuş əşyaların tam siyahısını http://bos.az/az/stadium/the-rules-of-conduct/ saytından əldə etmək olar.

Aşağıdakı şəxslərin stadiona daxil olmasına icazə verilməyəcək:

Etibarlı matç bileti olmayanlar, spirtli içkinin, dərman və digər psixotrop maddələrin təsiri altında olanlar, stadionun qaydalarına və ya təhlükəsizlik heyətinin təlimatlarına uyğun hərəkət etməyənlər.

Bilet sahibi turniketi keçdikdən sonra yenidən geri qayıdarsa, onun təkrar stadiona daxil olmasına icazə verilməyəcək.

STADİONDA DAVRANIŞ QAYDALARI

Təlimatda bu barədə bildirilir: "Lütfən, istənilən zaman yoxlamanın aparılması üçün biletinizi hazır vəziyyətdə saxlayın. İrqçiliyin istənilən növü və ya ksenofob davranışlar, təhqiramiz, alçaldıcı və uyğun olmayan şüar və mahnıları səsləndirmək qadağandır.

Tamaşaçıların əyləşdikləri yerdən meydançaya hər-hansı bir əşyanı tullamaq qadağandır. Tamaşaçıların əyləşdiyi yerlərdən meydançaya daxil olmaq qadağandır və belə hərəkətə yol verən şəxslər məsuliyyətə cəlb olunacaq.

Stadionun heç bir yerində siqaret çəkməyə icazə verilmir. Stadionda və onun ətrafında video müşahidə aparılır. Stadiona daxil olduqdan sonra siz istər bu tədbir, istərsə də gələcək tədbirlər üçün şəkillər, yayımlar, tədbirin təsviri və ya səs yazısı üçün şəkliniz və ya səsinizdən istifadə olunacağına razılığınızı verirsiniz.

Yalnız təşkilatçı tərəfindən icazə verildiyi halda stadiondan audio və ya audiovizual təsvirlərin yazılması və ya ötürülməsinə icazə verilir. Bu qaydaların pozulması stadiona girişə icazənin verilməməsi və ya stadiondan kənaşladırma ilə nəticələnə bilər. Lütfən, biletinizin arxa hissəsində olan şərt və qaydaları diqqətlə oxuyun".

BİLET MƏLUMATLARI

Rəqəmsal biletlərə sahib olan bütün azarkeşlər stadiona çatmazdan əvvəl aşağıdakı mərhələləri tamamlamalıdırlar:

"Sizin iOS və ya Android əməliyyat sistemi ilə çalışan mobil telefonunuz olmalıdır. “UEFA Europa League Final” app mobil əlavəsi telefonunuza endirilib quraşdırılmalıdır (bu mobil əlavəni may ayının ortasında endirmək mümkündür). Elektron poçt ünvanınıza daxil olmuş aktivetmə kodu mobil əlavəyə daxil edilməlidir. Mobil nömrəniz mobil əlavəyə daxil edilməlidir. Şərt və qaydalar xanası işarələnməlidir. Mobil bilet bildirişi ismarıcı daxil olmalıdır".

Stadiona çatdıqdan sonra mobil biletə sahib olan azarkeşlər aşağıda qeyd edilmiş prosesə uyğun davranmalıdırlar:

1) Blutuzu aktiv etməli; 

2) Tətbiqi açmalı; 

3) Telefonunu göstərməli; 

4) Bileti giriş üçün hazırlamalı.

ƏLİLLİYİ OLAN ŞƏXSLƏR ÜÇÜN İMKANLAR

UEFA özünün futbol ve sosial məsuliyyət tərəfdaşı olan Avropada Əlçatımlı Futbol Mərkəzi (CAFE) ilə birlikdə 2019-cu il UEFA Avropa Liqasının final oyununu hər kəs üçün əlçatan və unudulmaz etməyi qarşısına məqsəd qoyur.

Stadionun perimetri daxilində olan dayanacaq yerləri rəsmi dayanacaq icazələrinə malik əlilliyi olan tamaşaçılar üçün nəzərdə tutulacaq. Düşürmə və mindirmə nöqtəqləri “Koroğlu” metro stansiyasının yaxınlığında olacaq və burada həm oyundan əvvəl, həm də oyundan sonra əlilliyi olan tamaşaçılara dəstək xidmətləri göstəriləcəkdir. Əlilləri stadion daxilində öz yerlərinə və digər köməkçi vasitələrə doğru yönləndirməyə kömək etmək üçün könüllülər olacaq.

Audio təsviri şərh Azərbaycan və ingilis dillərində olacaq. Xidmətdən istifadə etmək istəyən tamaşaçılar öz mobil telefonlarını təyin edilmiş tezliyə qoşmalıdırlar. Lakin nəzərə almaq lazımdır ki, “iPhone” smartfonları bu xidmətdən yararlanmaq üçün uyğun deyil. Az sayda qulaqcıqlar mövcud olacaq.

Daha sonra bildirilir: "Stadiona getmək üçün giriş yolları və əlilliyi olan azarkeşlər üçün xidmətlər barədə ətraflı məlumat almaq üçün www/cafefooball.ue vebsaytına daxil olun.

STADİONU TƏRK ETMƏK

Matç başa çatandan sonra stadionu tərk etmək üçün ən uyğun yol sizin oturacağınızın harada yerləşməsindən və hara gedəcəyinizdən asılı olacaq. İstədiyiniz nəqliyyat vasitəsinə çatmaq üçün stadion nişanlarını izləyin və könüllülərin təlimatlarına əməl edin. İctimai nəqliyyat bilet sahibləri üçün pulsuz olacaq.

Bakıda qalırsınızsa:

Oturacağınız 1-ci qapı ilə 11-ci qapı arasındadırsa, “Qara Qarayev” və “28 May” metro stansiyalarına gedən servis avtobuslarından istifadə edin. Oturacağınız 12-ci və 22-ci qapı arasındadırsa, “Koroğlu” metro stansiyasında 1-ci metro xəttindən istifadə edin".

TƏYYARƏ İLƏ BAKIYA SƏYAHƏT

Azərbaycana səyahət etmək üçün ən yaxşı hava limanı Heydər Əliyev adına Beynəlxalq Hava Limanıdır (GYD): www.airport.az/az/

Təlimatda bildirilir: "Pasportunuz ilə səyahət edin və ölkəyə daxil olmağı planlaşdırdığınız tarixdən etibarən pasportunuzun etibarlılıq müddətinin bitməsinə ən azı 6 ay qaldığından əmin olun. Giriş vizanızın olduğundan əmin olun. Siz öz viza müraciətinizi https://finalbaku2019.az/asan-Visa/ ünvanında təqdim edə bilərsiniz.

Yüngül əşyalarla səyahət edin. Böyük çantaları stadiona aparmaq olmaz. Lütfən, ətraflı məlumat üçün stadionun məlumat bölməsinə baxın. Qapılar açıldıqda - saat 20:00-da stadiona gəlməyi planlaşdırın. Belə olan halda, siz oyunöncəsi açılış mərasimini də izləyə biləcəksiniz".

Fərdi şəkildə səyahat edənlər:

Final oyunu üçün xüsusi pulsuz hava limanı servis avtobusu 1-ci terminaldan Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən “Koroğlu” metro stansiyasına, oradan isə Bakı şəhərinin mərkəzi hissəsi olan “28 May” metro stansiyası istiqamətində fealiyyət göstərəcək. Qonaqlar öz təyinat yerinə çatmaq üçün şəhərin metro və ya avtobus nəqliyyatından da istifade edə bilərlər. Hava limanının servis avtobusu 28 ve 29 may tarixlərində saat 7:00-dan 21:00-dek hər 15 dəqiqədən bir yola düşəcək.

Oyun günü Heydər Əliyev Beynelxalq Hava Limanına gələn çarter reysləri üçün xüsusi hazırlıq tədbirləri görüləcək. Avtobuslar aşağıdakı terminalların qarşısından yola düşəcək:

“Arsenal”: 1-ci terminal

“Çelsi”: 2-ci terminal

Hər iki terminalın qarşısında taksilər olur.

İCTİMAİ NƏQLİYYAT

Bütün bilet sahibləri öz kağız və ya mobil biletlərini göstərməklə mayın 28-dən 30-a qədər ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərlər: "Sizin mobil biletiniz varsa, telefonunuzun enerji ilə yüklənmiş olduğundan əmin olun. İctimai avtobuslar: 1, 2, 3, 5, 6, 7A, 7B, 13, 14, 17, 18, 21, 52, 61, 65, 79, 85, 88, 88A, 96, 125, 135, 175, 199, H1".

Bakı şəhərinin Bakı Olimpiya Stadionuna rahat şəkildə çatmağa imkan veren 3 xətdən ibarət metro şəbəkəsi mövcuddur. Metro oyun başa çatdıqdan gecə saatlarına qədər açıq olacaq (saat 04:00-dək). Odur ki, oyun hətta əlavə vaxta və onbirmetrlik zərbələrə qədər uzandığı halda da, siz otelinizə rahat şəkildə getmək mümkündür.

TAKSİLƏR / ŞƏXSİ AVTOMOBİL İCARƏSİ

Bakı şəhərində hərəkət etmək üçün taksi və şəxsi avtomobil icarəsi uyğun vasitə hesab olunur. Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Bakı şəhərinin mərkəzinə taksi ilə 30 dəqiqəyə getmək mümkündür. Stadionun təhlükəsizlik perimetrinə taksi və şəxsi məqsədlər üçün icarəyə götürülmüş maşınların daxil olmasına icazə verilmir. Onların düşürmə və mindirmə məntəqləri “Koroğlu” metro stansiyasının yanındadır.

TURİSTLƏRİN ZİYARƏT ETDİYİ BAKININ 5 ƏN GÖRMƏLİ YERİ

Təlimatda deyilir: "Qız Qalasını ziyarət edin, müasir memarlığın şah əsəri olan Heyder Əliyev Mərkəzinə baş çəkin, qədim şəhər olan İçəri Şəhəri kəşf edin, Bakı bulvarında gəzintiyə çıxın, Tofiq Bəhramovun heykəlini görmek üçün Tofiq Bəhramov adına Respublika stadionuna baş çəkin. Bakının görməli yerləri haqqında ətraflı məlumatı www.bakufinal.azerbaijan.travel ünvanından əlde edin".

AZARKEŞLƏRİN TOPLANMA MƏNTƏQƏLƏRİ:

“Arsenal” azarkeşlərinin toplanma məntəqəsi Qış parkıdır. Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enən azarkeşlər avtobuslar vasitəsilə stadionun yaxınlığındakı P22 nömrəli avtobus dayanacağına gətiriləcəklər. Buradan onlar rahat şəkildə pulsuz servis avtobusu ilə Qış parkına gedə bilərlər.

“Çelsi” azarkeşlərinin toplanma məntəqəsi Sahil bağıdır. Heydər Əliyev adına Beynalxalq Hava Limanına enən azarkeşlər avtobuslar vasitəsilə stadionun yaxınlığındakı P21 nömrəli avtobus dayanacağına gətiriləcəklər. Buradan onlar rahat şəkildə pulsuz servis avtobusu ilə Sahil bağına gedə bilərlər.

Azarkeşlərin toplanma məntəqələri şəhər meydanları və parklarda olacaqdır. Tərəfdarlar ətrafında çoxlu sayda bar ve restoranlar olan toplanma mentəqəsində ərzaq, içki yerləri, tualet və nəqliyyat vasitələri barədə məlumatı tapa bilərlər. Bakı Olimpiya Stadionuna hərəkət edən bütün servis avtobusları azarkeşlerin toplanma məntəqsindən yola düşəcək: "Odur ki, gün ərzində Bakını kəşf etmək istəyirsinizsə, lütfən, oyunöncəsi açılış mərasiminə çatmaq üçün stadiona getmək məqsədilə azarkeşlərin toplanma məntəqəsinə vaxtında qayıdın. Lütfən, azarkeşlərin toplanma məntəqəsində və avtobus dayanacağında olan işçi heyətinin, habelə könüllülərin bütün təlimatlarına əməl edin" deyə təlimatda vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi