“Arsenal” Aleksis Sançesin qiymətini açıqlayıb

“Arsenal” Aleksis Sançesin qiymətini açıqlayıb London təmsilçisi çilili hücumçunu 35 milyon funt sterlinqə satmağı düşünür
Futbol
13 Yanvar , 2018 10:50
“Arsenal” Aleksis Sançesin qiymətini açıqlayıb

Bakı. 13 yanvar. REPORT.AZ/ İngiltərənin “Arsenal” klubu futbolçusu Aleksis Sançesin qiymətini açıqlayıb.

“Report” “Sky Sports”a istinadən xəbər verir ki, London təmsilçisi çilili hücumçunu 35 milyon funt sterlinqə satmağı düşünür.

Həmçinin 30 yaşlı forvardı almaq istəyən klub onun menecerinə də 5 milyon funt sterlinq ödəməli olacaq.

Aleksisin əsas müştərisi olan “Mançester Siti” isə 20 milyon funt sterlinqdən artıq xərcə düşmək istəmir. Mançesterlilər “Arsenal” ilə müqaviləsinin müddəti bu ilin iyununda başa çatacaq futbolçu üçün tələb olunan məbləğin çox olduğu qənaətindədirlər.

“Mançester Siti” ilə yanaşı, “Mançester Yunayted” də çilili hücumçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, A.Sançes 2014-cü ilin iyulunda İspaniya “Barselona”sından məhz 35 milyon funt sterlinq qarşılığında “Arsenal”a transfer olunub.

Son xəbərlər

Orphus sistemi