Bakı. 11 avqust. REPORT.AZ/ İngiltərənin “Arsenal” klubu futbolçusu Aleksis Sançesə rekord məbləğdə əmək haqqı təklif edib.
“Report” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi 29 yaşlı çilili hücumçuya həftəlik 300 min funt sterlinq ödəməyə hazırdır.
Əgər onunla klub arasında razılıq əldə olunsa, A.Sançes İngiltərinin ən ödənişli futbolçusu olacaq.
Hazırda ən ödənişli futbolçu həftəyə 290 min funt sterlinq alan “Mançester Yunayted”in fransalı yarımmüdafiəçisi Pol Poqbadır.
Qeyd edək ki, A.Sançes 2017/2018 mövsümünün sonuna qədər olan müqaviləsinə əsasən həftəlik 140 min funt sterlinq qazanır. Onun xidmətindən “Mançester Siti” və PSJ klublarının maraqlı olduğu bildirilir.