"Arsenal" 18 yaşlı braziliyalı hücumçu ilə müqavilə imzalayıb

"Arsenal" 18 yaşlı braziliyalı hücumçu ilə müqavilə imzalayıb İngiltərənin Arsenal klubu Braziliyanın İtuano komandasının futbolçusu Qabriel Martinellini heyətinə qatıb.
Futbol
2 İyul , 2019 19:09
Arsenal 18 yaşlı braziliyalı hücumçu ilə müqavilə imzalayıb

İngiltərənin "Arsenal" klubu Braziliyanın "İtuano" komandasının futbolçusu Qabriel Martinellini heyətinə qatıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. 

2017-ci ildə gənc oyunçu İngiltərənin digər klubu "Mançester Yunayted"in maraq dairəsində olub. Onunla həmçinin İspaniya təmsilçisi "Barselona"da maraqlanıb.

Bir neçə Braziliya klubu Martinelli üçün mübarizə aparsa da, o, uzun danışıqlardan sonra İngiltərəyə getmək qərarına gəlib.

Qeyd edək ki, Qabriel Martinelli ötən mövsüm komandasının heyətində 13 oyuna 6 qol vurub. 

Son xəbərlər

Orphus sistemi