Arsen Venger İngiltərə çempionatında oyunların sayına görə Ferqüssonun rekordunu təkrarlayıb

Arsen Venger İngiltərə çempionatında oyunların sayına görə Ferqüssonun rekordunu təkrarlayıb "Kristal Pelas" ilə matç onun üçün Premyer Liqa klubunun baş məşqçisi qismində 810-cu olub
Futbol
29 Dekabr , 2017 05:22
Arsen Venger İngiltərə çempionatında oyunların sayına görə Ferqüssonun rekordunu təkrarlayıb

Bakı. 29 dekabr. REPORT.AZ/ London "Arsenal"ının baş məşqçisi Arsen Venger İngiltərə Premyer Liqasında "Mançester Yunayted"in keçmiş çalışdırıcısı Ser Aleks Ferqüssonun rekordunu təkrarlayıb.

“Report” xəbər verir ki, fransalı mütəxəssis üçün "Kristal Pelas" ilə İngiltərə çempionatının 20-ci tur matçı Premyer Liqa klubunun baş məşqçisi qismində 810-cu olub.

Venger "Arsenal" komandasının baş məşqçisi kimi ilk matçını 1996-cı ilin oktyabrında keçirib. Ferqüsson "Mançester Yunayted"i 1992-ci ilin avqustundan 2013-cü ilin mayına kimi idarə edib.

Son xəbərlər

Orphus sistemi