Arsen Venger Fransa klubu ilə danışıqlar aparır

Arsen Venger Fransa klubu ilə danışıqlar aparır İngiltərənin Arsenal klubunun sabiq baş məşqçisi Arsen Venger Fransanın Nitsa komandasına rəhbərlik edə bilər.
Futbol
29 İyun , 2019 09:20
Arsen Venger Fransa klubu ilə danışıqlar aparır

İngiltərənin "Arsenal" klubunun sabiq baş məşqçisi Arsen Venger Fransanın "Nitsa" komandasına rəhbərlik edə bilər. 

"Report" "France Football"a istinadən xəbər verir ki, klub rəhbərliyi 70 yaşlı mütəxəssislə danışıqlar aparır və onunla müqavilə imzalamağı planlaşdırır. 

Qeyd edək ki, Arsen Venger 1996-cı ildən rəhbərlik etdiyi "Arsenal"ı 2017-2018 mövsümünün sonunda tərk edib. Hazırda "Nitsa"nın baş məşqçisi "Arsenal"ın sabiq futbolçusu Patrik Vieyradır. O, 1996-cı ildən 2005-ci ilədək Arsen Vengerin rəhbərliyi altında London təmsilçisinin formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi