Arsen Venger: "Bavariya"da işləməkdə maraqlıyam"

Arsen Venger: "Bavariya"da işləməkdə maraqlıyam" İngiltərənin “Arsenal” komandasının sabiq baş məşqçisi Arsen Venger Almaniya təmsilçisi “Bavariya”ya rəhbərlik etməyə hazır olduğunu açıqlayıb.
Futbol
6 Noyabr , 2019 16:05
Arsen Venger: Bavariyada işləməkdə maraqlıyam

İngiltərənin “Arsenal” komandasının sabiq baş məşqçisi Arsen Venger Almaniya təmsilçisi “Bavariya”ya rəhbərlik etməyə hazır olduğunu açıqlayıb.

“Report” xəbər verir ki, 70 yaşlı fransalı mütəxəssis bu barədə “Bild”ə bildirib. O, məşqçilik üçün darıxdığını söyləyib: “Bavariya”da işləməkdə maraqlıyam. Məşqçi işi bütün həyatımdır. Hansı məşqçidən soruşsanız, sizə eyni cavab verəcək. Məşqçilik etdiyim dövrlər üçün darıxıram. Matçlarda qalib gəlmək, komanda hazırlamaq və bu prosesdən zövq almaq - çatışmayan budur. Məşqçiliyə 33 yaşımdan başlamışam. 69 yaşıma qədər fasiləsiz və ən yüksək səviyyədə bunu davam etdirdim”.

“Bavariya” rəhbərliyi noyabrın 4-də Niko Kovaçı uğursuz nəticələrə görə istefaya göndərib. Münhen təmsilçisi Bundesliqada geridə qalan 10 turdan sonra 18 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Arsen Venger 1996 - 2018-ci illərdə “Arsenal”a rəhbərlik edib. Venger bu müddətdə London klubu ilə 3 dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Təcrübəli mütəxəssis eyni zamanda 7 dəfə İngiltərə Kubokunu və eyni sayda ölkə Super Kubokunu qazanıb.

Son xəbərlər

Orphus sistemi