Yuxarı
    Bağlamaq

    Arşavinin həyat yoldaşı qalmaqala görə təyyarədən endirilib

    Hadisə Moskva-Almatı marşrutu üzrə reysdə baş verib

    Bakı. 8 yanvar. REPORT.AZ/ Rusiyalı futbolçu Andrey Arşavinin həyat yoldaşı Anastasiya Kazmina Şeremetyevo hava limanında reysdən endirilib.

    “Report” xəbər verir ki, bu barədə "Rossiya 24" telekanalına istinadən "Vesti.ru" məlumat yayıb.

    Hadisə Moskva-Almaatı marşrutu ilə hərəkət edən təyyarədə baş verib.

    Kazmina təyyarə yer ilə hərəkətdə olan zaman uşağın bezini dəyişmək istəyib. O, stüardların təhlükəsizlik tədbirlərinə riayət etmək xahişlərinə məhəl qoymayıb və salonda gəzməkdə davam edib.

    Nəticədə hava gəmisinin komandiri uçuşu dayandırmaq və polis çağırmaq qərarına gəlib. Kazmina reysdən endirilib, lakin o, saxlanılmayıb. Hadisəyə görə uçuş iki saata yaxın gecikib.

    Futbolçunun həyat yoldaşı Almatıya digər reys ilə uçmalı olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi