Yuxarı

Tanınmış futbolçunun restoranı xəstəxanalar üçün yemək hazırlayır

Arkadiuş Milikdən xeyirxah addım

960

İtaliyanın "Napoli" klubunun futbolçusu Arkadiuş Milik xeyirxah addımı ilə gündəmə gəlib.

"Report"un məlumatına görə, polşalı hücumçunun ölkəsinin Katovitse şəhərindəki restoranı koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar xəstəxanaları yeməklə təmin edir.

Bu barədə 28 yaşlı forvard özünün şəxsi "Instagram" hesabında paylaşım edib. Hazırda məkan ziyarətçilər üçün qapalı olsa da, şəhərdəki tibb müəssisələrinə yemək çatdırır.

İndiyədək Polşada 1 771 nəfər koronavirusa yoluxub. Onlardan 20-si dünyasını dəyişib. 

Qeyd edək ki, Arkadiuş Milik 2016-cı ilin yayından "Napoli"də çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi