​Arif Əsədov Elnur Allahverdiyevin "Neftçi"dən qovulma xəbərlərini təkzib edib

​Arif Əsədov Elnur Allahverdiyevin "Neftçi"dən qovulma xəbərlərini təkzib edib ​Arif Əsədov transfer məsələlərinə aydınlıq gətirib
Futbol
29 Dekabr , 2014 10:17
​Arif Əsədov Elnur Allahverdiyevin Neftçidən qovulma xəbərlərini təkzib edib

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanın "Neftçi" futbol komandasının baş məşqçisi Arif Əsədov transferlərlə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. "Report"a açıqlama verən 44 yaşlı mütəxəssis bütün məsələlərə yanvarın 5-də aydınlıq gələcəyini bildirib.

A.Əsədov müdafiəçi Elnur Allahverdiyevin komandadan göndərilməsinə dair xəbərlərin yalan olduğunu söyləyib: "Hələ ki, heç kimin taleyinə aydınlıq gəlməyib. Elnurun komandadan göndərilməsi məsələsinə gəlincə, hansısa addım atılsa, klubun rəsmi saytı vasitəsilə ictimaiyyətə çatdırılacaq". 

Digər tərəfdən Rauf Əliyev, Cavid İmamverdiyev və Rəhman Hacıyevin "Neftçi" ilə anlaşdıqları bildirilir. Baş məşqçi isə bu barədə geniş danışmaq istəməyib: "Komandaya kimlərin gələcəyi və kimlərin göndəriləcəyi yanvarın 5-də bilinəcək".

Qeyd edək ki, "Neftçi" qış toplanışını Türkiyənin Antalya bölgəsində keçirəcək. 

Son xəbərlər

Orphus sistemi