​Arif Əsədov Robert Prosineçkinin "Neftçi" barədə fikirlərinə münasibət bildirib

​Arif Əsədov Robert Prosineçkinin "Neftçi" barədə fikirlərinə münasibət bildirib "Onlar öz üzərlərində çalışmalıdırlar"
Futbol
27 Aprel , 2015 18:06
​Arif Əsədov Robert Prosineçkinin Neftçi barədə fikirlərinə münasibət bildirib

Bakı. 27 aprel. REPORT.AZ/ "Robert Prosineçkinin agentliyinizə müsahibəsində səsləndirdiyi fikirlərdən xəbərdaram". Bunu "Report"a açıqlamasında "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov deyib.

45 yaşlı mütəxəssis xorvatiyalı həmkarının "Hazırda "Neftçi"də milliyə layiq futbolçu yoxdur" açıqlamasını onun şəxsi fikri kimi dəyərləndirib: "Milli komandanın baş məşqçisi odur. Hər halda onun oyun üslubuna uyğun gələn futbolçu yoxdur". 

"Neftçi"nin gənc futbolçulara şans verdiyini deyən A.Əsədov onların milliyə dəvət olunması üçün öz üzərlərində çalışmalarının lazım gəldiyini bildirib. Onun sözlərinə görə, "Neftçi"nin futbolçuları növbəti toplanışda yığmaya dəvət ala bilərlər: "Hələ qarşıda çempionat oyunları var. Üstəlik, Azərbaycan Kubokunun finalında "Qarabağ"la qarşılaşacağıq. Bu oyunlarda futbolçular özlərini sübut etməli və yığmaya dəvət almalıdırlar. Son oyunlarda da "Neftçi"nin çıxışı göz qabağındadır. Hesab edirəm ki, futbolçular öz üzərlərində çalışacaq və milliyə dəvət olunacaqlar".

Qeyd edək ki, Robert Prosineçki "Report"a açıqlamasında "Neftçi"də qapıçı Aqil Məmmədovdan başqa heç bir futbolçunun sərgilədiyi oyunla Azərbaycan millisinə namizəd olmadığını bildirib. 

Son xəbərlər

Orphus sistemi