Bakı. 25 may. REPORT.AZ/ Argentinanın "Atletiko Parana" klubunun müdafiəçisi Kristian Qomes "Boka Udinos" ilə matç zamanı dünyasını dəyişib.
"Report" xəbər verir ki, futbolçu meydanda yerə yıxılıb və hakim həkimlərin ilkin tibbi yardım göstərməsi üçün dərhal oyunu dayandırıb.
Qomes xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.