​Argentinalı futbolçu ailəsinin gözü önündə güllələnib

​Argentinalı futbolçu ailəsinin gözü önündə güllələnib Espindola evinə qarət cəhdi zamanı qətlə yetirilib
Futbol
13 May , 2016 23:10
​Argentinalı futbolçu ailəsinin gözü önündə güllələnib

Bakı. 13 may. REPORT.AZ/ Argentinalı futbolçu Rodriqo Espindola Buenos-Ayres əyalətinin Monte-Qrande şəhərində yerləşən evi yaxınlığında qarətə cəhd zamanı qətlə yetirilib.

"Report" xəbər verir ki, polis cinayətin cümə axşamı gecə törədildiyini bildirib.

"La Nacion" nəşrinin yazdığına görə, "Nueva Chicago" klubunun müdafiəçisi evinə yaxınlaşarkən quldurların hücumuna məruz qalıb. Espindola həyat yoldaşı və altıaylıq körpəsinin gözü önündə güllələnib.

Qarın nahiyəsindən yaralanan 26 yaşlı futbolçu hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi