​Argentina prezidenti: "Messi Dünya çempionatı-2018-də çıxış edəcək"

​Argentina prezidenti: "Messi Dünya çempionatı-2018-də çıxış edəcək" Maurisio Makri: "Əminəm ki, o, yenə ən yaxşılardan biri olacaq"
Futbol
5 Avqust , 2016 22:31
​Argentina prezidenti: Messi Dünya çempionatı-2018-də çıxış edəcək

Bakı. 5 avqust. REPORT.AZ/ "Barselona" futbol klubunun hücumçusu Lionel Messi 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə Dünya çempionatında Argentina milli komandasının heyətində çıxış edəcək.

"Report" xəbər verir ki, bu barədə Argentina prezidenti Maurisio Makriyə istinadən ESPN telekanalı məlumat yayıb.

Argentina millisi bu il iyunun 27-də Amerika Kubokunun finalında Çiliyə məğlub olduqdan sonra 29 yaşlı futbolçu Lionel Messi milli komandanın heyətində karyerasını başa vurduğunu bəyan edib.

"Messi Rusiyada keçiriləcək Dünya çempionatında iştirak edəcək və komandamızın lideri olacaq. Əminəm ki, o, yenə ən yaxşılardan biri olacaq", - deyə M.Makri bildirib.

Son xəbərlər

Orphus sistemi