Argentina - Nigeriya oyunundan qayıdan mikroavtobus qəzaya düşüb: 5 nəfər ölüb

Argentina - Nigeriya oyunundan qayıdan mikroavtobus qəzaya düşüb: 5 nəfər ölüb Həlak olanlar arasında 2 azyaşlı var
Futbol
15 Noyabr , 2017 10:31
Argentina - Nigeriya oyunundan qayıdan mikroavtobus qəzaya düşüb: 5 nəfər ölüb

Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiyanın Krasnodar şəhərində Argentina və Nigeriyanın futbol yığmaları arasında keçirilmiş yoldaşlıq görüşündən qayıdan azarkeşlər qəzaya düşüblər.

“Report” life.ru saytına istinadən xəbər verir ki, hadisə Rostov vilayətinin Azov rayonunda baş verib. Fanatları gətirən mikroavtobusun yol kənarında dayanmış “KamAz”a çırpılması nəticəsində 5 nəfər həlak olub. Ölənlərdən 2-si azyaşlıdır.

Mikroavtobusda olan digər 7 nəfər isə xəsarət aldıqları üçün xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, matç Nigeriya millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi