Argentina Messinin het-triki sayəsində Haitini məğlub edib - VİDEO

Argentina Messinin het-triki sayəsində Haitini məğlub edib - VİDEO Görüş 4:0 hesabı ilə başa çatıb
Futbol
30 May , 2018 06:05
Argentina Messinin het-triki sayəsində Haitini məğlub edib - VİDEO

Bakı. 30 may. REPORT.AZ/ Futbol üzrə Argentina yığması Buenos-Ayresdə keçirilən yoldaşlıq görüşündə Haiti üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, görüşdə qolların üçünü Lionel Messi (17, 58, 66-cı dəqiqələrdə) və Serxio Aquero (69) vurub.

Messi ilk qolunu penaltidən reallaşdırıb.

Argentina yığması Rusiyada keçiriləcək Dünya çempionatına hazırlıq çərçivəsində daha bir yoldaşlıq matçını iyunun 9-da İsrailə qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi