Argentina klubu azarkeşlərinin hakimləri döyməsi üzündən ağır cəzaya məruz qalıb

Argentina klubu azarkeşlərinin hakimləri döyməsi üzündən ağır cəzaya məruz qalıb Komandanın 2 məşqçisi 3 il, 2 oyunçu isə 2 il müddətinə diskvalifikasiya olunub
Futbol
16 Dekabr , 2017 14:25
Argentina klubu azarkeşlərinin hakimləri döyməsi üzündən ağır cəzaya məruz qalıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Argentinanın "Xuventud de Perqamino" klubu azarkeşlərinin oyun vaxtı hakimləri döyməsi üçündən ağır cəzaya məruz qalıb. "Report"un məlumatına görə, klub istənilən yarışda iştirakdan 1 il müddətinə kənarlaşdırılıb və 22 min avro cərimələnib.

Eyni zamanda komandanın 2 məşqçisi 3 il, 2 oyunçu isə 2 il müddətinə diskvalifikasiya olunub.

Qeyd edək ki, "Xuventud de Perqamino"nun "İndependyente Çivilka" ilə görüşü zamanı 3 hakim bir qrup fanatın hücumuna məruz qalıb. Nəticədə onlar xəstəxanalıq olublar. Zərərçəkənlərdən birinin başına 10 tikiş atılıb. 

Son xəbərlər

Orphus sistemi