Yuxarı

Argentina Futbol Federasiyasının prezidenti FIFA Şurasından qovulub

Argentina Futbol Federasiyasının prezidenti FIFA şurasından qovulub

Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia FIFA Şurasından çıxarılıb.

"Report" TNS-ə istinadən xəbər verir ki, qərar Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən qəbul olunub. 

Buna Amerika Kuboku zamanı Tapianın mətbuata verdiyi açıqlama səbəb olub. İyulun 3-də dərc olunan açıq məktubunda Tapia Braziliya Futbol Konfederasiyasını tənqid edib. Onun sözlərinə görə, Argentina millisi hakimlərə və keyfiyyətsiz meydana görə yarımfinalda Braziliyaya 0:2 hesabı ilə məğlub olub.

CONMEBOL Tapianın ittihamlarının çox ciddi olduğunu hesab edib. FIFA Şurasının yeni üzvü üçün seçkinin yeni tarixi məlum deyil.

Qeyd edək ki, Amerika Kubokunu finalda Perunu 3:1 hesabı ilə məğlub edən Braziliya qazanıb. 

Argentina millisinin kapitanı Lionel Messi də CONMEBOL-u tənqid edib. Ulduz futbolçu ciddi sanksiyalardan yayınmaq üçün qurumdan üzr istəməyə məcbur olub. Nəticədə hücumçu bir oyunluq cəzalandırılıb və 1500 dollar məbləğində cərimələnib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi