Yuxarı

Argentina Futbol Assosiasiyası 14 kluba transfer qadağası qoyub

Argentina Futbol Assosiasiyası 14 kluba transfer qadağası qoyub
İki kluba borclarını ödəmək üçün vaxt verilib

Bakı. 13 yanvar. REPORT.AZ/ Argentina Futbol Assosiasiyası yüksək liqada çıxış edən 14 kluba transfer qadağası qoyub. 

"Report"un məlumatına görə, bu barədə dünən qərar qəbul olunub.

Klublar assosiasiyaya olan borclarına görə cəzalanıb. Ümumilikdə siyahıda 16 klubun adı yer alıb. Qurumdan bildirilib ki, digər iki kluba borclarını ödəmək üçün vaxt verilib.

Cəzaya məruz qalanlar "İndependyente", "San_lorenso", "Arsenal", "Urakan", "Estudiantes", "Himnasiya və Esgrima", "Lanus", "Nyuells Old Boyz", "San-Martin", "Kilmes", "Veles Sarsfild", "Olimpi", "Banfild" və "Kolon" klublarıdır.

Xatırladaq ki, Argentina Premyer Divizionunda 30 komanda çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi