Arda Turan "Yuventus"a qarşı oynamayacaq

Arda Turan "Yuventus"a qarşı oynamayacaq "Barselona"da 4 futbolçunun adı bugünkü oyunun iştirak ərizəsinə salınmayıb
Futbol
19 Aprel , 2017 15:59
Arda Turan Yuventusa qarşı oynamayacaq

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün İspaniyanın "Barselona" klubunun 4 futbolçusu İtaliyanın "Yuventus" klubu ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə meydana çıxmayacaq. 

"Report"un məlumatına görə, Aleyş Vidal və Rafinya zədəli olduqları üçün oynamamayacaqlar.

Türkiyəli yarımmüdafiəçi Arda Turanla fransalı müdafiəçi Jeremi Matyönün adı da iştirak ərizəsinə salınmayıb. Onların hansı səbəbdən kənarda qaldıqları bilinmir.

Əvəzində daha bir orta sahə oyunçusu Xavyer Maskerano kiçik zədəsini bərpa edib. İspaniya La Liqasında ötən turun "Real Sosyedad"la görüşünü buraxan argentinalı yarımmüdafiəçi bu gün forma geyinəcək.

Qeyd edək ki, "Barselona" - "Yuventus" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. İlk görüşdə İtaliya klubu böyük hesabla qalib gəlib - 3:0. 

Son xəbərlər

Orphus sistemi