Arda Turan yığma karyerasını başa vurub

Arda Turan yığma karyerasını başa vurub Bu barədə futbolçunun özü açıqlama verib
Futbol
6 İyun , 2017 18:11
Arda Turan yığma karyerasını başa vurub

Bakı. 6 iyun. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turan Türkiyə milli komandasındakı karyerasını başa vurub. "Report"un məlumatına görə, bu barədə 30 yaşlı yarımmüdafiəçi keçirdiyi mətbuat konfransında bildirib.

"Ölkəmi, bayrağımızı çox sevirəm. Hər dəfə "İstəsəniz kənara çəkilə bilərəm" deyirdim. Artıq bu zamanın gəldiyini düşünürəm. Bu günə qədər çalışdığım hər kəsə, komanda yoldaşlarıma, ailəmə çok təşəkkür edirəm. Həyatım boyunca nə etmişəmsə, əvəzini ödəməyə hazıram və yenə ödəyəcəyəm. Milli komanda karyeramı başa vururam. Hər zaman olduğu kimi, şərəfimlə və qürurumla". 

O, idman yazarına hücum etməsindən peşman olmadığını və özünü quş kimi hiss etdiyini söyləyib. Arda hər zaman belə hallara qarşı eyni cür reaksiya verəcəyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi