Yuxarı

Arda Turan karyerasını Amerikada davam etdirə bilər

Arda Turan karyerasını Amerikada davam etdirə bilər
Barselonanın yarımmüdafiəçisi Çikaqo Fayr klubu ilə danışıqlar aparır

Bakı. 6 yanvar. REPORT.AZ/ Kataloniyanın "Barselona" klubunun türk yarımmüdafiəçisi Arda Turan Amerika MLS-də çıxış edən "Çikaqo Fayr" klubu ilə danışıqlar aparır.

“Report” "Daily Mail"ə istinadən xəbər verir ki, bu mövsüm komandasının heyətində bir dəfə də olsun meydana çıxmayan 30 yaşlı xavbek kataloniyalıların baş məşqçisi Ernesto Valverdenin etimadını qazana bilməyib.

Həmçinin bildirilir ki, "göy-qırmızılar"la müqaviləsi 2020-ci ilin yayında bitən Turan İngiltərə və İtaliyadan olan klublara təklif olunub.

Turan "Barselona"ya "Atletiko"dan 2015-ci ildə 34 milyon avro müqabilində transfer olunub. O, Kataloniya klubunda keçirdiyi 55 oyuna 15 qol vurub və 11 məhsuldar ötürmə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi