Yuxarı

​Arda Turan İspaniyada rekorda imza atıb

28 yaşlı yarımmüdafiəçi 2015/2016 mövsümünün transfer pəncərəsində ən bahalı oyunçu olub

Bakı. 3 sentyabr. REPORT.AZ/ Türkiyə milli komandasının üzvü Arda Turan İspaniya La Liqasında rekorda imza atıb.

“Report”un xəbərinə görə, 28 yaşlı yarımmüdafiəçi 2015/2016 mövsümünün "transfer pəncərəsi"ndə ən bahalı oyunçu olub.

Belə ki, Arda Turan yayda Madrid "Atletiko"sundan "Barselona"ya bonuslar da daxil olmaqla, 41 milyon avro qarşılığında keçib.

Xatırladaq ki, daha əvvəlki rekord 2007/2008 mövsümündə qeydə alınıb. Həmin il Tyeri Anri, Dieqo Forlan, Aryen Robben və Pepenin transferləri La Liqada birinci olub.

Qeyd edək ki, İspaniyada yay "transfer pəncərəsi"ndə ən çox pul xərcləyən klub ünvanına "Valensiya" yiyələnib. "Yarasalar" heyətini gücləndirmək üçün 140 milyon avrosundan keçib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi