​Arda Turan başqa klubda icarə əsasında oynama təklifini qəbul etməyib

​Arda Turan başqa klubda icarə əsasında oynama təklifini qəbul etməyib "Messi, İnyesta və Neymar kimi futbolçularla bir komandada çıxış etmə xəyalım reallaşdı"
Futbol
9 İyul , 2015 12:00
​Arda Turan başqa klubda icarə əsasında oynama təklifini qəbul etməyib

Bakı. 9 iyul. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun yeni transferi Arda Turan kataloniyalıların heyətində meydana çıxa bilməyəcəyi 6 ay müddətində icarə əsasında başqa klubda oynama təklifini qəbul etməyib. "Report"un məlumatına görə, bu barədə türkiyəli yarımmüdafiəçinin özü "El Mundo Deportivo"ya açıqlama verib. 

O, həmin müddətin çətin olacağını, lakin həmişə "Barselona"da oynamağı düşündüyünü bildirib: "Komandamın formasını geyinəcəyim ilk günə qədər çalışacağam. Daha sonra "Barsa"ya bütün kubokları qazandırmaq üçün mübarizə aparacağam. Dünyanın ən böyük klubunda oynamaq istəyirdim. Lionel Messi, Andres İnyesta və Neymar kimi futbolçularla bir komandada oynamaq xəyalım reallaşdı".

Qeyd edək ki, "Barselona" 18 yaşdan aşağı bəzi futbolçuların keçidində qayda pozuntusuna yol verdiyi üçün FİFA tərəfindən transfer qadağasına məruz qalıb. Bu səbəbdən Arda Turan 2016-cı ilin yanvarından yeni komandasının heyətində rəsmi oyunlara çıxa biləcək. Ardanın icarə əsasında keçmiş komandası "Qalatasaray"da çıxış etmə variantı da olub.

Son xəbərlər

Orphus sistemi