Arda Turan "Barselona" azarkeşlərinin hücumuna məruz qalıb - VİDEO

Arda Turan "Barselona" azarkeşlərinin hücumuna məruz qalıb - VİDEO Hadisə türkiyəli hücumçunun klub bazasından avtomobili ilə çıxdığı vaxt baş verib
Futbol
9 Avqust , 2016 13:22
Arda Turan Barselona azarkeşlərinin hücumuna məruz qalıb - VİDEO

Bakı. 9 avqust. REPORT.AZ/ İspaniya "Barselona"sının futbolçusu Arda Turan klub azarkeşlərinin hücumuna məruz qalıb. "Report"un məlumatına görə, hadisə türkiyəli hücumçunun klub bazasından avtomobili ilə çıxdığı vaxt baş verib.

Bazanın qapısı qarşısında gözləyən bir qrup fanat onun avtomobilini saxlayaraq, ondan avtoqraf istəyib. Arda isə maşının şüşələrini açmamağı üstün tutub. Azarkeşlərin israrlı davranışı qarşılığında futbolçu əsəblərinə hakim ola bilməyib. Əvəzində fanatlar onu söyərək, avtomobilinə zərbələr endiriblər. 

Son xəbərlər

Orphus sistemi