Yuxarı
    Bağlamaq

    "Araz" UEFA Kubokunda təsəlliverici qələbə qazanıb

    Naxçıvan klubu Almaniya Hamburqunu məğlub edib

    Bakı. 26 noyabr. REPORT.AZ/ Xorvatiyada futzal üzrə UEFA Kubokunun elit-raundunun "B" qrupunda son turun oyunları keçirilir.

    "Report" xəbər verir ki, Azərbaycan çempionu "Araz"ın rəqibi Almaniyanın "Hamburq" klubu olub.

    Naxçıvan təmsilçisi "Dördlər finalı"na çıxmaq şansını itirdiyindən, bugünkü oyun ilk qələbəni qazanmaq baxımından təsəlliverici xarakter daşıyıb. Gözlənildiyi kimi, "Araz" inamlı qələbə qazanıb və qrupda mübarizəni 3 xalla 3-cü pillədə bitirib.

    "Araz" ilk 2 matçda Xorvatiya "Nasional"ına 1:2, Rusiya "Yuqra"sına 0:4 hesabı ilə uduzub. Bu komandalar öz aralarındakı oyunda final mərhələsinə çıxacaq qrup liderini müəyyənləşdirəcək.

    UEFA Kuboku, elit-raund mərhələsi, III tur

    21:00. "Hamburq" (Almaniya) - "Araz" (Azərbaycan) - 1:5

    Qollar: Kazım Onur Ulusoy, 27 - Rizvan Fərzəliyev, 4, Fineo, 6, Everton Kardoso, 9, Bolinha, 15, Fabio Poletto, 31

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi