Yuxarı

"Araz" UEFA Kubokunda mübarizəyə məğlubiyyətlə başlayıb

Komanda Xorvatiya klubundan zəif olub

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün "Araz" futzal klubu UEFA kubokunun elit-raundunda mübarizəyə başlayıb.

"Report" xəbər verir ki, Azərbaycan çempionunun noyabrın 27-dək Xorvatiyada davam edəcək qrup yarışmasında ilk rəqibi meydan sahibi, Zaqrebi təmsil edən "Nasional" olub.

Naxçıvan təmsilçisi mübarizəyə məğlubiyyətlə başlayıb. Oyunda hər 3 qol son dəqiqələrdə vurulub. "Araz"ın gücü matçın sonlarında təsəlli qolunu vurmağa çatıb.

"Araz"ın "Dördlər finalı"na vəsiqə verən qrup qalibi uğrunda mübarizədə digər rəqibləri "Qazprom Yuqra" (Yuqorsk, Rusiya) və"Hamburq” (Almaniya) olacaq. Komandamız ikinci matçını bu gün Bakı vaxtı ilə saat 21:00-da "Uqra Yuqorsk"la keçirəcək. Ruslar ilk oyunda "Hamburq"u 4:0 hesabı ilə məğlub edib.

Futzal, UEFA Kubokunun elit-raundu

Qrup mərhələsi, I tur

23:30. "Nasional" (Zaqreb, Xorvatiya) - "Araz" (Naxçıvan, Azərbaycan) - 2:1

Qol: Tihomir Novak, 36, 40 - Fineo, 40

Sarı vərəqə: Fineo 30, Everton Kardoso 33 (hər ikisi "Araz")

Hakimlər: Eduardo Fernandes Koelyo (Portuqaliya), Qabriel German (Rumıniya)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi